Вернуться назад Распечатать

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur

ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur.

1xeber.media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter deyib.

“Prezident Trampın ev sahibliyi etdiyi tarixi sülh sammitindən sonra münasibətləri geniş sahələrdə inkişaf etdirmək üçün birlikdə çalışırıq. Gələn həftə keçiriləcək ilk iqtisadi dialoqumuzu səbirsizliklə gözləyirik. O, hər iki ölkə və biznes icması üçün inanılmaz dərəcədə əhəmiyyət kəsb edən səyləri inkişaf etdirmək imkanı yaradacaq. Düşünürəm ki, yaxın gələcəkdə əla nəticələr görəcəyik”, - deyə o bildirib.