Вернуться назад Распечатать

ABŞ bu ölkələrin müdafiəsinə pul xərcləməyəcək

ABŞ bundan sonra varlı dövlətlərin müdafiə xərclərini öz üzərinə götürməyəcək.

1xeber.media xəbər verir ki, bunu ABŞ-ın hərbi naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ-a himayə altındakı dövlətlər deyil, tərəfdaşlar lazımdır:

“Bizə asılılığa yox, ortaq məsuliyyətə əsaslanan ittifaqlar lazımdır. Belə yanaşma ittifaqlar üçün möhkəm təməl yaradır, onların keçən əsrin deyil, bu əsrin çağırışlarına hazır olmasını təmin edir”.