1-5 iyun tarixlərində Niderland Krallığının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Rein Dekkers və Bağlantılar üzrə xüsusi elçisi Bernhard Kelkes Baku Enerji Həftəsində iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfər edəcəklər.
1xeber.media Niderlandın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində nümayəndələrin bağlantılar, enerji və regional əməkdaşlıq sahələrini əhatə edən bir sıra görüşlərdə iştirakı nəzərdə tutulur.
Səfər zamanı hökumət nümayəndələri ilə görüşlərin keçirilməsi, Bakı Enerji Forumunda iştirak, ADA University-də təqdimatların təşkili, Orta dəhlizdə fəaliyyət göstərən Holland və Azərbaycan logistika şirkətləri ilə görüşlər, Qarabağa səfər, eləcə də beynəlxalq maliyyə institutları ilə görüşlərin həyata keçiriləcəyi gözlənilir.