Вернуться назад Распечатать

NATO rəsmisi: Alyans üzvləri zəruri şərait yaranarsa, Hörmüz boğazının açılmasına dəstək verə bilər

NATO hazırda Hörmüz boğazı ilə bağlı məsələlərin həllində birbaşa iştirak etmir. Bununla belə, Alyansa üzv dövlətlər qüvvələrini regiona yaxın ərazilərə yerləşdirərək və zəruri şərait yaranacağı təqdirdə vəziyyətə müdaxilə etməyə hazırdırlar.

1xeber.media xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“NATO hazırda birbaşa rol oynamır, lakin alyans üzvləri bu prosesdə iştirak edirlər. Onlar qüvvələrini həmin bölgəyə daha yaxın ərazilərə köçürürlər. Düşünürəm ki, zəruri şərtlər formalaşdıqda, onlar üzərilərinə düşən vəzifəni yerinə yetirə biləcəklər”, – deyə admiral vurğulayıb.

C.K.Draqone qeyd edib ki, burada söhbət NATO-nun özündən deyil, Alyans üzvlərindən və tərəfdaş ölkələrdən ibarət könüllülər koalisiyasından gedir.

Onun sözlərinə görə, könüllülər koalisiyasına daxil olan dövlətlər vəziyyətə müdaxilə etmək üçün lazımi şərtlərin yaranacağı halda fəaliyyətə keçməyə hazırlaşırlar.