Yaponiyada iyunun 2-də Okinavaya çata biləcək tayfunla bağlı azı 290 uçuş ləğv edilib.
1xeber.media xəbər verir ki, bu barədə NHK tetelviziya kanalında məlumat verilib.
Bildirilib ki, ləğv olunmuş uçuşlar 31 may - 2 iyun tarixlərini əhatə edir.
Milli Meteorologiya Administrasiyasının məlumatına görə, tayfunun episentri Okinavanın cənubunda yerləşir və şimala doğru hərəkət edir. Tayfunun iyunun 1-də Amami adalarına, ertəsi gün isə Okinava prefekturasının əsas adasına çatacağı proqnozlaşdırılır.