Вернуться назад Распечатать

Netanyahu Livanda işğalın genişləndirilməsini əmr etdi

İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəsə baxmayaraq, Livanda quru hücumlarının və işğalın genişləndirilməsi əmrini verib.

1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, o, İsrail quru qüvvələrinin Livanın şimalındakı Litani çayını keçdiyini bildirib.

Netanyahu qeyd edib ki, ordu tarixi Şəqif qalasının yerləşdiyi strateji əhəmiyyətli təpəli ərazini də işğal edib.