Rusiyada hamilə qadınlar üçün pulsuz nəqliyyat imkanları tətbiq oluna bilər.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Sergey Kolunov bildirib.
O, bütün ictimai nəqliyyat növlərində bu cür güzəştlərin tətbiqi təklifi ilə Nəqliyyat Nazirinə müraciət etməyi planlaşdırır.
"Bu, vətəndaşlarımızın xahişidir; mən bunu görüşlərdə və qəbullarda dəfələrlə eşitmişəm. Bu, son dərəcə vacib məsələdir", - deyə o bildirib.
Təklifdə hamiləlik qeydiyyatı sübut edildikdə güzəştin verilməsi təklif olunur. Qadın qeydiyyatdan çıxarıldıqdan sonra güzəşt avtomatik olaraq dayandırılacaq.