Вернуться назад Распечатать

Ölkəyə idxal olunan avtomobillərin sayı azaldı - Video

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan avtomobillərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalma qeydə alınıb. 

1xeber.media-nın  məlumatına görə, rəsmi statistikaya əsasən, bu ilin ilk dörd ayı ərzində ölkəyə cəmi 21.120 ədəd avtomobil gətirilib.

Xüsusilə minik avtomobillərinin idxalındakı azalma diqqət çəkir. Belə ki, 2025-ci ilin ilk 4 ayında ölkəyə 30.824 minik avtomobili idxal edildiyi halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 18.287-yə düşüb. Bu isə minik avtomobillərinin idxalında 12.537 ədəd, yəni 40,7% kəskin azalma deməkdir.

Daha ətraflı “Baku TV”nin materialında: