Milli Qvardiyanın Xüsusi Təyinatlı Qüvvələr Mərkəzinin rəisi Pavel Kozayev Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırova "Xüsusi Hərbi Əməliyyata Töhfəyə görə" medalını təqdim edib.
1xeber.media xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının Baş nazirinin müavini və Milli Siyasət, Xarici Əlaqələr, Mətbuat və İnformasiya naziri Əhməd Dudayev özünün Telegram kanalında bildirib.
"Çeçenistan Respublikası rəhbərinin köməkçisi, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının katibi və əziz qardaşım Adam Kadırovu "Xüsusi Hərbi Əməliyyata Töhfəyə görə" medalı ilə təltif olunması münasibətilə təbrik edirəm. Milli Qvardiyanın Xüsusi Təyinatlı Qüvvələr Mərkəzinin rəisi general-mayor Pavel Kozayev tərəfindən təqdim edilən bu nüfuzlu mükafat Adam Kadırovun təhlükəsizliyin təmin edilməsinə və Xüsusi Hərbi Əməliyyatların dəstəklənməsindəki töhfəsinin layiqincə qiymətləndirilməsidir", - deyə o yazıb.
Onun sözlərinə görə, Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin kuratoru kimi Kadırov Vətən müdafiəçiləri üçün ən vacib təlim mərkəzlərindən birinin inkişafında fəal iştirak edir.