Вернуться назад Распечатать

Azərbaycan millisi 1/8 final oyununa çıxır

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununu keçirəcək.

1xeber.media xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/8 finalda Qazaxıstan seçməsi ilə qarşılaşacaq.

"Tipos Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə üz-üzə gələcək.