Вернуться назад Распечатать

Rusiyadan Azərbaycana araq idxalı artıb

Rusiya Azərbaycana araq tədarükünü 42% artırıb.

1xeber.media xəbər verir ki, bu proqnozla Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” mərkəzi çıxış edib.

Məlumata görə, “2026-cı ilin ilk dörd ayında Rusiya Azərbaycana 2,2 milyon dollardan çox dəyərində 900 tondan çox araq göndərib. Keçən ilin eyni dövrü ilə müqayisədə ixrac çəki baxımından 42%, dəyər baxımından isə 55% artıb”.

Qeyd olunur ki, bu, təqvim ilinin dörd ayının nəticələrinə əsasən son on ildə ən yüksək göstəricidir.