“Araz-Naxçıvan” daha 2 futbolçusu ilə yeni müqavilə imzalayıb.
Klubdan 1xeber.media-ya bildirilib ki, Slavik Alxasov və Ömər Buludov növbəti mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Hər iki futbolçu ilə anlaşmanın müddəti 1 ildir.
Qeyd edək ki, “Araz-Naxçıvan” bir müddət əvvəl qapıçı Tərlan Əhmədli ilə də yeni müqavilə imzalayıb.