Вернуться назад Распечатать

Tramp 1,8 milyard dollarlıq kompensasiya fondunun yaradılması qərarını yenidən nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp 1,8 milyard dollarlıq kompensasiya fondunun yaradılması qərarını yenidən nəzərdən keçirir.

1xeber.media xəbər verir ki, bu barədə “Associated Press” məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb. ABŞ Ədliyyə Nazirliyi daha əvvəl məhkəmə qərarı əsasında fondun tətbiqinin müvəqqəti dayandırıldığını açıqlamışdı.

Fond Trampın vergi bəyannamələrinin sızması ilə bağlı Daxili Gəlir Xidmətinə qarşı qaldırdığı iddianın həlli çərçivəsində yaradılıb. Onun məqsədi əvvəlki administrasiya dövründə haqsız yerə təqib olunduğunu iddia edən şəxslərə kompensasiya ödənilməsini təmin etmək idi.

Lakin təşəbbüs nəzarət mexanizmlərinin yetərsizliyi və 2021-ci il yanvarın 6-da Kapitolidə baş verən iğtişaşların iştirakçılarının da ödəniş ala biləcəyi ehtimalına görə respublikaçılar tərəfindən tənqid olunub.

Mənbələrin məlumatına görə, Tramp siyasi təzyiqlər fonunda bu təşəbbüsdən imtina etməyi nəzərdən keçirir.

Fondun tətbiqinin dayandırılması ilə bağlı məhkəmə dinləməsi iyunun 12-nə təyin olunub.