Rusiyanın Ermənistana qarşı hərbi təcavüzü real görünür.
1xeber.media xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirib.
O, Rusiyanın Ermənistana qarşı Ukrayna ssenarisini təkrarlaya biləcəyini istisna etməyib:
“Belə mesajlar iki il əvvəl başlayıb. Mənim fikrimcə, bu tamamilə realdır. Coğrafiya buna imkan verir – ortaq sərhəd var. Ermənistanla Rusiyanın gücünü müqayisə etməyin mənası yoxdur və bunu hamı anlayır”.
Onun sözlərinə görə, Rusiyanın Ermənistana hücum etmək imkanları var:
“Əsas sual budur ki, onlar cəmiyyəti parçalaya biləcəklərmi ki, sonrakı addımlarını əsaslandıra bilsinlər. Bu isə mübahisəli məsələdir. Bilmirəm. Ümid edirəm ki, bacarmayacaqlar”.
Budanov qeyd edib ki, belə bir halda beynəlxalq ictimaiyyətin reaksiyası sadəcə “narahatlıq ifadə etmək” olmamalıdır:
“Bu yaxşı reaksiyadır. Amma necə deyərlər, bundan nə isti olur, nə də soyuq. Əslində buna kim hazırdır — bu, çox böyük sualdır”.