Вернуться назад Распечатать

"Mən olmasaydım, həbsxanada olardın" - Tramp əsəbiləşdi

ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə gərgin telefon danışığı aparıb. 

1xeber.media xəbər verir ki, bu barədə "Axios" qəzeti yazıb. 

Məlumata görə, Tramp Netanyahu ilə telefon danışığında yəhudi dövlətinin "Hizbullah"a qarşı hərəkətlərini sərt tənqid edib və belə bir məqamda Tramp əsəbiləşib. 

"Nə edirsən axı? Sən dəlisən. Mən olmasaydım, həbsxanada olardın. Səni xilas edirəm" -  deyə qəzet mənbələrinə istinadən yazıb. 

Mənbələr həmçinin iddia edirlər ki, Tramp son dərəcə əsəbiləşib və "səsini qaldırıb", bununla da İsrail baş nazirinə təzyiq göstərib.

Netanyahu isə buna cavab olaraq diplomatik ton saxlamağa çalışıb və İsrail şəhərlərinə hücumlar dayandırılmadığı təqdirdə İsrailin "Hizbullah"a qarşı hərəkətlərinə davam edəcəyinə əminlik verib.