Вернуться назад Распечатать

TƏBİB-də yeni təyinat

Zara İbrahimzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri təyin olunub.

1xeber.media xəbər verir ki, o bu barədə özünün sosial media hesabında paylaşım edib.

Xatırladaq ki, TƏBİB-in keçmiş İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova olub. Bir müddətdir ki, onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.