Keniyada Laikipia hərbi bazasında Ebola xəstələri üçün ABŞ karantin mərkəzinin yaradılmasına qarşı etirazlar zamanı iki nəfər həlak olub.
1xeber.media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, onların ölümünün səbəbləri hələ də bəlli deyil. Keniya Milli Polisi vəziyyətlə bağlı heç bir şərh verməyib.
Daha əvvəl Nanyuki şəhərində yüzlərlə insan Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxa biləcək Amerika vətəndaşları üçün təklif olunan mərkəzə qarşı etiraz aksiyası keçirib. Nümayişçilər tonqal yandırıb, yolları bağlayıb və polisə daş atıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanları göz yaşartıcı qazdan istifadə edib və ən azı beş nəfəri saxlayıb.