Вернуться назад Распечатать

“Aztelekom” biri 25 min manata 16 ədəd generator alacaq

“AzTelekom” MMC yeni tender elanı verib.

1xeber.media xəbər verir ki, qurum dizel generatorların alınması və quraşdırılması prosesini reallaşdırmaq fikrindədir.

Rəsmi qaynaqlarda qeyd edilir ki, MMC 16 ədəd 10 Kvt-lıq generator almağı planlaşdırır. Bunun üçün isə 391 min 146 manatlıq büdcə ayırıb.

Qeyd edək ki, bu, hər generatorun 24 min 450 manata alınacağı deməkdir.