Knesset üzvləri parlamentin vaxtından əvvəl buraxılması ilə bağlı qanun layihəsini birinci oxunuşda yekdilliklə dəstəkləyiblər.
1xeber.media xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti yazıb.
Sənədin lehinə 106 deputat səs verib, əleyhinə isə heç kim səs verməyib. Qanun layihəsi əvvəllər müvafiq parlament komitəsi tərəfindən təsdiqlənmişdi. Təşəbbüs artıq may ayının sonunda ilkin oxunuşdan keçib. İndi qanun layihəsinin qüvvəyə minməsi üçün plenar iclaslarda üç oxunuşda təsdiqlənməsi lazımdır.
Mövcud qanunvericiliyə görə, İsraildə növbəti parlament seçkiləri 27 oktyabr 2026-cı ildən gec olmayaraq keçirilməlidir.