Вернуться назад Распечатать

Xamenei Məşhəddə dəfn olunacaq

 

İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi iyun ayında olacaq.

1xeber.media  “Iran International”a istinadən xəbər verir ki, bu barədə Tehran Şəhər Bələdiyyəsi sədrinin müavini Məhəmmədəmin Tovəkkolizadə bildirib.

Onun sözlərinə görə, dəfn mərasiminin təşkili İslam İnqilabı Keşikçiləri Korpusuna həvalə edilib. Hazırda tədbiri daha yaxşı təşkil etmək üçün hazırlıq müddətinin uzadılması barədə müzakirələr aparılır.

Tovəkkolizadə Xamenei ilə vida mərasimi üçün 3 gün vaxt ayrıldığını, Tehranda keçiriləcək mərasimin isə azı 24 saat davam edəcəyini bildirib.

Tehran Şəhər Bələdiyyəsi sədrinin müavini dəfndən əvvəl Qum və Məşhəd şəhərlərində Xameneinin cənazəsi ilə matəm yürüşlərinin təşkil ediləcəyini deyib.

İranın sabiq Ali Lideri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.

Qeyd edək ki, Əli Xamenei fevralın 28-də başlayan ABŞ və İsrail hücumlarının ilk mərhələsində həyatını itirib. Bundan sonra ölkə rəhbərliyi onun oğlu Müctəba Xameneiyə keçib. Aprel ayında Xameneinin vəfatının 40-cı günü münasibətilə ölkənin müxtəlif bölgələrində anım mərasimləri keçirilsə də, rəsmi dəfn mərasimi təhlükəsizlik səbəbindən baş tutmayıb.