Вернуться назад Распечатать

"Balbadem Group"un milyonluq kapitalı vergi borcu qarşısında: Şirkət fəaliyyətini dayandırdı

Azərbaycanın biznes sektorunda tanınmış şirkətlərdən biri olan "BALBADEM GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ətrafında ciddi maliyyə qalmaqalı yaranıb.

1xeber.media xəbər verir ki,32gun.az-ın məlumatına görə, nəhəng nizamnamə kapitalına malik olan bu qurumun dövlət büdcəsinə külli miqdarda vergi borcu üzə çıxıb.

Hazırda vergi bazasında aparılan yoxlamalar nəticəsində məlum olub ki, şirkətin ümumi borc öhdəliyi 133 065.56 AZN təşkil edir. Maraqlı məqam ondan ibarətdir ki, qanuni təmsilçisi Alim Nazim oğlu İbadov olan şirkətin nizamnamə kapitalı kifayət qədər yüksək — 1 585 500 manat məbləğində göstərilib. Buna baxmayaraq, "Balbadem Group"un vergi öhdəliklərini yerinə yetirmədiyi və hazırda vergi ödəyicisi kimi statusunun "passiv" olduğu qeyd edilir.

Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəz küçəsi, ev 38a olaraq qeydiyyata alınan şirkətin fəaliyyətinin niyə dayandığı və bu qədər böyük kapital fonunda borcun hansı səbəbdən yaranması suallar doğurur.