Вернуться назад Распечатать

İsrail-Livan sülh danışıqları ABŞ-də davam edir: beşinci raund başlayır

İsrail və Livan arasında sülh danışıqlarının beşinci raundu çərşənbə günü ABŞ-da keçiriləcək.

1xeber.media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib. Onun sözlərinə görə, mayın 2-də ABŞ-də keçirilən danışıqların dördüncü raundunda tərəflər hərtərəfli razılaşmanın əldə olunması istiqamətində irəliləyişə nail olublar.

T.Piqot sosial şəbəkədə paylaşımında bildirib ki, tərəflər son 20 ildə yaranmış çətinliklərin aradan qaldırılması, Livanın suverenliyinin bərpası və İsrailin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş genişmiqyaslı sazişə doğru irəliləyirlər.