Вернуться назад Распечатать

DİN-nin əməkdaşı beynəlxalq turnirdə qələbə qazandı

Gürcüstanın Qardabani şəhərində kikboksinqin K-1 versiyası üzrə peşəkarlar arasında keçirilən beynəlxalq turnirdə Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının polis əməkdaşı Ümid Bağırov 2-ci yeri tutub.

1xeber.media xəbər verir ki, Ümid Bağırov qələbəsi ilə bağlı danışıb.

O, bu qələbəsini Azərbaycanın ərazi bütövlüyü uğrundan canlarından keçmiş şəhidlərimizə həsr etdiyini deyib.