Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) ötən gün daha bir tenderinin nəticəsini açıqlayıb.
1xeber.media xəbər verir ki, Fond Cəbvrayıl raoyunun Şükürbəyli kəndində klub tikəcək.
Rəsmi qaynaqlarda qeyd edilir ki, hazırda 635 ailənin məskunlaşdığı Cəbrayıl rayonunun Şükürbəyli kəndində klub-icma mərkəzinin tikintisi planlaşdırılır. Keçirilən tenderin qalibi isə “TURAN.İ.O” MMC olub.
İşin təəccüblü tərəfi odur ki, Fond cəmi 1042 ailənin məskunlaşacağı kənd üçün klubun tikintisinə 1 milyon 846 min 608 manat xərcləyəcəyini açıqlayıb. Yəni, bu rəqəm bir kənd klubunun inşası üçün kifayət qədər çox görünür. Bunu ekspertlər də təsdiqləyirlər ki, rəqəmlərdə şişirtmə ola bilər.