"5 iyun Su təsərrüfatı və Meliorasiya işçiləri günü" peşə bayramı münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağ İqtisadi rayonuna mediatur təşkil edib.
1xeber.media xəbər verir ki,mediatur çərçivəsində Sərsəng Su anbarı, Xankəndi Sutəmizləyici qurğuları və Şuşa su təchizatı sistemlərinə baxış keçrilib. Hazırda görülən və gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib




