Bu gün “Yeni Yurd” İctimai Birliyinin sədri Mahirə Sahid qızı Əsədovanın doğum günüdür.
Mahirə Əsədova uzun illərdir ictimai fəaliyyət sahəsində fəal iştirak edən, xeyriyyəçilik və sosial layihələrə xüsusi diqqət ayıran tanınmış ictimai xadimlərdəndir. Onun rəhbərlik etdiyi “Yeni Yurd” İctimai Birliyi milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun təbliği, şəhid ailələri, qazilər və həssas əhali qruplarına dəstək istiqamətində mühüm təşəbbüslərlə çıxış edib.
Mahirə xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr cəmiyyət tərəfindən hər zaman rəğbətlə qarşılanıb. İnsanlara qayğıkeş münasibəti, xeyirxah əməlləri və ictimai fəallığı ona geniş hörmət qazandırıb.
1xeber.media olaraq,doğum günü münasibətilə Mahirə Sahid qızı Əsədovanı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Ad gününüz mübarək, Mahirə xanım!