Вернуться назад Распечатать

ABŞ-dan İrana xəbərdarlıq: Bir qismini ləğv edəcəyik!

İran yalnız yüksək zənginləşdirilmiş nüvə yanacağı ehtiyatlarından imtina etdiyinə və uran zənginləşdirməsini dayandırdığına görə ABŞ sanksiyalarının qismən ləğvini və ya yumşaldılmasını gözləyə bilər.

1xeber.media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Əlbəttə ki, bütün bunlar yoxlanılmalıdır. Yüksək dərəcədə zənginləşdirilmiş uranı yoxlamaq mümkündür.

Zənginləşdirmə ilə bağlı monitorinq istənilən sövdələşmənin uğuru üçün çox vacibdir”, - deyə amerikalı rəsmi bildirib.