Bitkoinin dəyərində ciddi ucuzlaşma qeydə alınıb. Hazırda bu kriptovalyutanın qiyməti 62 min dollardan da aşağı səviyyədədir.
1xeber.media Oxu.az-a istinadla xəbər verir ki, bu rəqəmlər "Binans" birjasının göstəricilərində öz əksini tapıb.
Hərracların nəticələrinə əsasən, iyunun 4-ü cümə axşamına keçən gecə Bitkoinin qiyməti 61.4 min dollara qədər geriləyib.
Qeyd edək ki, bir ay bundan əvvəl onun dəyərində artım müşahidə edilirdi. Mayın 4-ü səhər saatlarında dünyanın ən populyar kriptovalyutasının məzənnəsi yanvar ayından bəri ilk dəfə olaraq 80 min dollarlıq psixoloji həddi keçmiş, ən yüksək nöqtədə isə onun qiyməti 80.2 min dollara çatmışdı.