ABŞ prezidenti Donald Tramp İranla münaqişənin həlli ilə bağlı danışıqların gedişatından məmnun olduğunu bildirib.
1xeber.media xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"Hər şey yaxşı gedir", - deyə Tramp ifadə edib.
Razılığa gəlmək şanslarından danışan Amerika prezidenti nə müsbət, nə də mənfi ssenarini istisna etməyib. "Bəlkə də heç nə baş verməyəcək. Yaxud bəlkə də hər şey uğurlu olacaq və sonra bu həftənin sonuna qədər uğur qazanmaq şansı var", - deyə o bildirib.
Trampın sözlərinə görə, İran "nəzəri olaraq saziş imzalamağa yaxındır".