Вернуться назад Распечатать

"İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" - Overçuk

"Ermənistan AİB-dən daha yaxşı hesab edərsə, Aİ-yə qoşula bilər, lakin bu, Rusiyanın hesabına baş verməyəcək".

1xeber.media xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. 

"Biz ermənilərin özləri üçün ən yaxşı hesab etdikləri şeyin tərəfdarıyıq.Əgər onlar Avropa Birliyində daha rahat və daha yaxşı yaşayacaqlarına inanırlarsa, əlbəttə ki, ora gedə bilərlər" , - o, izah edib. 

Eyni zamanda, Overçuk Ermənistanın istəsə belə bir seçim edə biləcəyini, lakin bunun Rusiyanın hesabına baş verməyəcəyini vurğulayıb. 

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi (AİB) 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır.