Вернуться назад Распечатать

"Son 10 ildə kənd təsərrüfatında artım 37,8 faiz olub" - Nazir müavini

"Son 10 ildə kənd təsərrüfatında artım 37,8 faiz olub"

1xeber.media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Nazir müavini bildirib ki, fermlərin lizinqə çıxış imkanları yaxşılaşdırılıb.

"Ümumilikdə elektron kənd təsərrüfatı genişləndirilib. Dövlət Proqramının icrası nəticəsində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun 2026-2030-cu illər üzrə orta illik artımı ən azı 2.0% təşkil edəcəyi gözlənilir. Eyni zamanda, kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcmi orta illik 6% artacağı gözlənilir".

Qeyd edək ki, mətbuat konfransı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunub.