Ötən ay dövlət sərhədində 1 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə 1xeber.media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucusuna qarşı "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub.
Yaralıya ilkin tibbi yardım göstərilərək ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi təmin edilib, lakin həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.