Вернуться назад Распечатать

Ermənistan və ABŞ TRIPP sazişini imzaladı

Ermənistan və ABŞ arasında TRIPP üzrə çərçivə sazişi imzalanıb. 

1xeber.media xəbər verir ki, sənəd ABŞ dövlət katibi Marko Rubio tərəfindən imzalanıb və Ermənistan xarici işlər naziri Ararat Mirzoyana göndərilib.  

A. Mirzoyan da öz növbəsində mühüm sənədə imza atıb. 

Xatırladaq ki, 26 may tarixində Ararat Mirzoyan və Marko Rubio İrəvanın Zvartnots hava limanında bir sıra sənədləri, o cümlədən “ER və ABŞ arasında beynəlxalq sülh və rifah naminə Tramp yolunda strateji əməkdaşlıq haqqında çərçivə sazişi”ni və “ER və ABŞ arasında hərtərəfli strateji tərəfdaşlıq Xartiyasını” paraflayıblar.