Вернуться назад Распечатать

Fyodorov azərbaycanlıya yüksək vəzifə verdi

Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi hüquq-mühafizə Xidmətinin rəis müavini təyin edilib.

1xeber.media Report-a istinadla xəbər verir ki, bu barədə əmri Ukrayna müdafiə naziri Mixayil Fyodorov imzalayıb.

G.Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. O, 2014-cü ilin iyulundan Odessanın prokuroru, 2015-ci ilin dekabrından Odessa vilayəti prokurorunun müavini postunu tutub.

Ukrayna hakimiyyəti tərəfindən 2016-cı il avqustun 22-də Krım Muxtar Respublikasının prokuroru təyin edilib.

2019-2021-ci illərdə Ukrayna Baş prokurorunun müavini olub.