826 milyard dollarlıq sərvətə malik İlon Mask "SpaceX" şirkətinin IPO-sundan sonra dünyanın ilk trilyoneri olmaq yolundadır.
1xeber.media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, gələn həftəyə planlaşdırılan IPO uğurlu olarsa, dünyanın ən varlı adamı olan Mask "ilk trilyoner kimi tarixə düşə bilər".
Maskın 542 milyard dollarlıq paya sahib olduğu "SpaceX", ən azı 1,8 trilyon dollar dəyərində qiymətləndirmə hədəfləyir. Şirkət hər biri 135 dollardan 555,6 milyon səhm satmağı planlaşdırır.