Lənkəran Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
1xeber.media-nın əldə etdiyi xəbərə görə, bu barədə icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şahin Novruzov İcra Hakimiyyətinin İnzibati işlər sektorunun müdiri - baş mühasib vəzifəsinə gətirilib.
Xatırladaq ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin İnzibati işlər sektorunun əvvəlki müdiri Rövşən İsgəndərli olub. O, bu ilin mart ayının 4-də dövlət qulluğunda çalışmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.