Rusiya Ukraynanın Avropa Birliyi ilə birləşməsinə qarşı deyil, lakin AB-nin hərbi bloka çevrilməsinə qarşıdır.
1xeber.media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə təşkil edilən görüşdə bildirib.
"Biz Almaniya kansleri Fridrix Merzin Ukraynanın assosiativ üzv olması və digər təkliflərindən xəbərdarıq. Bu, bizi heç narahat etmir. Əleyhinə deyilik.
Biz AB-nin hərbi bloka çevrilməsinə qarşıyıq", - deyə o vurğulayıb.