Вернуться назад Распечатать

Kiyevdə poçt terminalında partlayış: ölən var

İyunun 5-i səhər saatlarında Kiyevin Obolon rayonunda yerləşən poçt operatorunun çeşidləmə mərkəzində partlayış baş verib.

1xeber.media xəbər verir ki, bu barədə "RBK-Ukraine" məlumat yayıb.

İlkin məlumata görə, partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib.

Hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.