Вернуться назад Распечатать

Lavrov Paşinyanı təhdid etdi: Bu sözlərə görə...

Ermənistan rəhbərliyi artıq sözlərinə görə məsuliyyət daşımalıdır.

1xeber.media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“İrəvan hazırda AB-yə və ya Aİİ-yə üzvlüklə bağlı AB-nin “ya, ya da”sınağından keçirilir”, - o bildirib.

Lavrov həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı “alternativ təqdim etməyə borcluyam” və “Ermənistan xalqı qərar verəcək” sözlərinə toxunub:

“Əgər belədirsə, onda bu alternativlər göstərilməli və referendum elan edilməlidir. Avropa Birliyinə doğru rəsmi hərəkətin başlanması haqqında qanun artıq qəbul edilib. Əgər belə bir qanun varsa, deməli, özünüz məsələni açıq şəkildə qaldırmısınız, onda gəlin, sözlərimizə görə məsuliyyət daşıyaq və xalqa müraciət edək”.