Bazar günü Bakıda yağış yağacaq.
1xeber.media bildirir ki, iyunun 7-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı ərazilərində yağıntıların leysan xarakteri alacağı, intensivləşəcəyi və şimşək çaxacağı ehtimal edilir.