Вернуться назад Распечатать

Eldar Əzizovun adamının adı 23 milyonluq işdə

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC milyonluq tenderə imza atıb. 

1xeber.media  xəbər verir ki, müsabiqəyə əsasən mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların alınması həyata keçiriləcək. 

Açıq mənbələrdə qeyd edilir ki, tenderin qalibi “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC olub. Bakı Şəhər Əsaslı Tikinti və Təmir bununla bağlı şirkətə 23 milyon 155 min 659 manat ödəniş edəcək.

Xatırladaq ki, Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC-yə Abit Əliyev rəhbərlik edir. Onun adı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun ən yaxın adamı kimi açıq mənbələrdə qeyd edilir.