Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Ümumi sahəsi 200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m. sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.