Вернуться назад Распечатать

Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı

Zığda baş verən insidentlə bağlı araşdırma aparılır

1xeber.media xəbər verir ki, Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində baş vermiş insidentlə bağlı polis tərəfindən araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 5-də hadisə ilə əlaqədar polisə müraciət daxil olub. Müraciət əsasında dərhal araşdırmalara başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.

Araşdırma zamanı müəyyən edilib ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir. Hadisənin bütün halları araşdırıldıqdan sonra hüquqi qiymət veriləcəyi bildirilib.