Вернуться назад Распечатать

Mürsəl Əliyevə yeni vəzifə verildi

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-yə yeni direktor təyin edilib.

1xeber.media  “Report”a istinadən xəbər verir ki, şirkətin yeni direktoru Mürsəl Əliyevdir.

O, bu vəzifədə Ramin İsrafilovu əvəz edib.

Xatırladaq ki, “Mərkəzi Təminat və Marketinq İdarəsi” 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.