Вернуться назад Распечатать

Son zəng günü məzunlara icarəyə avtomobil verənləri hansı cəza gözləyir?

"Son zəng" tədbiri üçün avtomobil sifariş edə bilərsiniz. Sürücülük vəsiqəsi tələb olunmur. Qiymətlər isə avtomobilin markasından və icarə müddətindən asılı olaraq dəyişir. Saatı 100 manatdan, günü isə 300 manatdan başlayan təkliflər var.

1xeber.media  "Xəzər" TV-yə istinadən xəbər verir ki, bəzi avtomobil icarəsi şirkətləri və fərdi maşın sahibləri "Son zəng" tədbirinin yaxınlaşmasından istifadə edərək məktəbi bitirən şagirdlərə əyləncə məqsədilə avtomobil icarəyə götürməyi təklif edirlər.

Bu cür təkliflərə maraq göstərənlərin sayının da az olmadığı bildirilir.