Вернуться назад Распечатать

Ermənistanda hüquq-mühafizə orqanları əməliyyata başladı

Ermənistanın Gümrü şəhərində səhər tezdən etibarən hüquq-mühafizə orqanları tərəfindən axtarış və saxlanılma əməliyyatları həyata keçirilir.

1xeber.media xəbər verir ki, bu barədə oragir.news saytı məlumat yayıb. Qeyd olunub ki, “Ermənistan” blokunun qərargahında səhər saat 05:00-dan etibarən axtarışlara başlanılıb. Əməliyyat zamanı deputatlığa namizəd Asmik Saqradyan saxlanılıb.

Bildirilib ki, eyni zamanda Ermənistan Milli Təhlükəsizlik Xidməti hüquq müdafiəçisi Karapet Poqosyanın mənzilində də axtarış aparır.

Məlumata əsasən, “Güclü Ermənistan” siyasi qüvvəsinin qərargahlarında da axtarış tədbirləri keçirilir.

Saxlanılan digər şəxslərin olduğu qeyd edilsə də, onların kimliyi barədə hələlik məlumat açıqlanmayıb.