Вернуться назад Распечатать

Ermənistanda iki seçki komissiyasının sədri saxlanıldı

Parlament seçkiləri günü 2 seçki komissiyası sədri və 1 katib gecə saatlarında saxlanılıb.

1xeber.media xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaahn Hovakimyan məlumat verib. 

Onun sözlərinə görə, ümumilikdə 48 seçki məntəqəsində 50 komissiya üzvü işə çıxmayıb. Bəzi məntəqələrdə texniki nasazlıqlar da qeydə alınıb.

MSK sədri vurğulayıb ki, Seçki Məcəlləsinə əsasən, komissiya üzvlərinin bir hissəsi iştirak etməsə belə, səsvermə prosesi davam etdirilə bilər.