Вернуться назад Распечатать

İraq yığmasının üzvləri ABŞ-da 7 saat dindirildilər

İraqın ulduz futbolçusu Aymen Hüseyn milli komanda ilə birlikdə Çikaqonun Ohare hava limanında təxminən yeddi saat saxlanılıb və dindirilib.

1xeber.media xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Hüseyn sonda ABŞ-a buraxılıb, lakin komandanın fotoqrafı Talal Salah 10 saatdan çox saxlanıldıqdan sonra onun ölkəyə girişinə icazə verilməyib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, futbol üzrə 2026-cı il Dünya kuboku ABŞ, Meksika və Kanadada keçiriləcək və iyunun 11-də başlayacaq.