Вернуться назад Распечатать

İtkin düşən 16 nəfər tapıldı

İyunun 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

1xeber.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.