Uca Allahın köməyinə sığınaraq, bir neçə dəqiqə əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin cəsur döyüşçüləri müqəddəs “Ya Heydər əl-Kərrar” şüarı ilə “Nəsr” əməliyyatını başladıb və onu 12 günlük müharibənin şəhidlərinə həsr ediblər.
1xeber.media xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
“Əməliyyat çərçivəsində Təl Nof və Nevatim strateji hava bazalarındakı mühüm obyektlər hədəfə alınıb.
Bu əməliyyat uşaq qətli törədən sionist rejimin ölkə daxilində üç ayrı məntəqədə yerləşən bir sıra radar obyektlərinə raket hücumuna cavab olaraq həyata keçirilib.
SEPAH-ın döyüş və əməliyyat bölmələri bütün cəbhələrdə genişmiqyaslı çəkindirmə əməliyyatı keçirmək üçün tam hazırlıq vəziyyətindədir və düşmənin müxtəlif ssenarilərinə uyğun fəaliyyət planları hazırlayıb”, - bəyanatda bildirilib.